Bank Of Baku

Sabah vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı keçiriləcək

Sabah vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı keçiriləcək
# 29 aprel 2010 15:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı keçiriləcək. Komissiyanın mətbuat katibi Asəf Əliyevin APA-ya verdiyi məlumata görə, ilk imtahan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin inzibati vəzifələrin 6-cı təsnifatına uyğun vakant dövlət qulluğunu tutmaq istəyən 42 namizəd arasında keçiriləcək. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. İmtahan başa çatan kimi nəticələri ilə bağlı namizədlərə məlumat veriləcək.
A. Əliyev bildirib ki, mayın 3-dən test imtahanları gündə iki dəfə - saat 10.00-da və 14.30-da keçiriləcək. Hər imtahanda 42 namizəd iştirak edəcək.
Yeni qaydalara əsasən, inzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün müəyyən edilmiş tələblərə cavab verən namizəd vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR