Bank Of Baku

Yaxın günlərdə Azərbaycanda yağışlı hava şəraiti üstünlük təşkil edəcək

Yaxın günlərdə Azərbaycanda yağışlı hava şəraiti üstünlük təşkil edəcək
# 30 aprel 2010 09:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal küləyi əsəcək, havanın temperaturu gündüz 12-14 dərəcə, axşam 8-10 dərəcə isti olacaq.

Mayın 1-də hava buludlu olacaq, arabir açılacaq. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.

Mayın 2-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 12-16 dərəcə isti olacaq.

Mayın 3-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 1-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq.

Mayın 2 və 3-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli az yağış yağacağı, lakin mayın 2-də axşam əsasən qərb rayonlarında, mayın 3-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 13-17 dərəcə isti, mayın 3-də 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR