Bank Of Baku

TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir

TQDK ali təhsil müəssisələrinin magistraturalarına  qəbul imtahanının birinci mərhələsini keçirir
# 30 aprel 2010 09:31 (UTC +04:00)
Bakı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il mayın 2-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir. TQDK-dan APA-ya verilən məlumata görə, ərizələrin qəbulu aprelin 12-dən 19-dək internetlə aparılıb və 15362 bakalavr ərizə verib. Onlardan 13563-ü Azərbaycan bölməsi, 1799 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7508 nəfəri oğlan, 7854 nəfəri isə qızdır.

İmtahanda iştirak etmək üçün bakalavrlar aprelin 28-dən etibarən elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.

Qəbul imtahanı Bakı şəhərində 21, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 1 binada keçirilir. İmtahan saat 14:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılır.

İkinci mərhələyə buraxılan bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidir. İkinci mərhələnin imtahanı 2010-cu il iyunun 20-də keçirilir və bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR