Bank Of Baku

“Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
# 30 aprel 2010 11:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasında Tarixi İnstitutu görkəmli dövlət xadimi Seyid Qurbanovun xatirəsinə həsr olunmuş “Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, Azərbaycan-Dağıstan əlaqələri ildən-ilə genişlənir. Azərbaycan və Dağıstan xalqları ayrılmaz tarixə, mədəniyyətə, adət-ənənələrə malikdir. M. Kərimovun sözlərinə görə, Azərbaycan-Dağıstan əlaqələrinin daha da genişlənməsi ötən əsrin 60-cı illərinin ikinci yarısından başlayıb. Ümummilli lider Heydər Əliyev bu əlaqələrin davamlı olmasına həmişə xüsusi qiymət verib.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bildirib ki, müxtəlif tarixi dövrlərdə qardaş xalqların tarixinin təhrif olunması istiqamətində addımlar atılıb. Bu baxımdan təhrif olunmuş tarixin bərpa olunması istiqamətində ciddi addımlar atılmalıdır: “İstəyimiz budur ki, bütün Qafqazın, o cümlədən Cənubi Qafqazın tarixi yenidən yazılsın. Bu gün Dağıstanla Azərbaycanı Rusiyanın sərhədləri ayırır. Amma bizim tariximiz, dinimiz, adət-ənənəmiz, Dədə Qorqudumuz, Dərbəndimiz heç zaman ayrı olmayıb. Bizim tarixi sərhədlərə bölmək mümkün deyil”.

Y. Mahmudovun sözlərinə görə, Azərbaycan və Dağıstan qədim Alban dövlətindən başlayaraq orta əsrlərdə də birgə yaşayış səhifələrinə malik olub: “II Dünya Müharibəsində Dağıstana rəhbərlik edən Əziz Əliyev Dağıstan xalqlarının sürgün olunmasının qarşısını alıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR