Bank Of Baku

Salyanda 600-ə yaxın evin həyətyanı sahəsini qrunt suları basıb - FOTO

Salyanda 600-ə yaxın evin həyətyanı sahəsini qrunt suları basıb - <font color=red>FOTO</font>
# 30 aprel 2010 11:11 (UTC +04:00)
Salyan. Əlibәy Zeynallı-APA. Salyanda qrunt suları basmış 600-ə yaxın evin ətrafında təhlükəli vəziyyət yaranıb. Salyan rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynov APA-nın Mil-Muğan bürosuna bildirib ki, bu vəziyyət aramsız yağışlar yağması və Kür çayının səviyyəsinin qalxması nəticəsində baş verib. Beş ev uçub və 30-dan çox fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Bir çox evlərdə yaşamaq problemə çevrilib. Bəzi sakinlər evlərini tərk ediblər.

Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və yerli icra orqanlarının nümayəndələri həyətlərdən qrunt sularının nasoslar vasitəsi ilə çəkilməsi prosesini həyata keçirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR