Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə yoxlamalar aparılıb

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə yoxlamalar aparılıb
# 30 aprel 2010 12:11 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 1-15 aprel tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 53 göstəriş verilib. Ümumilikdə 30 iş üzrə 71810 manat məbləğində cərimə tətbiq edilib, ondan 38035 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 21 iş üzrə 390345,55 manat məbləğində iddia qaldırılıb, ondan 1687,86 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 203 iş üzrə 55941,25 manat məbləğində ödəmə tətbiq edilib, ondan 23167,1 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilib 32 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Hüquq-mühafizə orqanlarına göndərilən 4 işə baxılmayıb.
Su ehtiyatlarının mühafizəsi üzrə 8 akt və protokol tərtib olunub və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün 4 icrası məcburi olan göstəriş verilib.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 38 akt və protokol tərtib olunub.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 7 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 2 icrası məcburi olan göstəriş verilib.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 13 akt və protokol tərtib edilib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 1 icrası məcburi olan göstəriş verilib.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 27 akt və protokol, faunanın mühafizəsi üzrə 1 iş üzrə 30 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR