Bank Of Baku

Dövlət qulluqçularının reyestrində 7 mindən çox dövlət qulluqçusu haqqında məlumat var

Dövlət qulluqçularının reyestrində 7 mindən çox dövlət qulluqçusu haqqında məlumat var
# 30 aprel 2010 14:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda dövlət qulluqçularının reyestrində 7 mindən çox dövlət qulluqçusu haqqında məlumat var. Bu barədə APA-ya prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov məlumat verib. O bildirib ki, hazırda bu sahədə dövlət orqanları ilə geniş əməkdaşlıq edilir: “Bu məsələdə bir az problem var. Yerlərdən dövlət qulluqçuları ilə bağlı istənilən səviyyədə məlumat ala bilmirik. Bunun üçün bölgələrdə xüsusi proqram təminatı olmalıdır. Verilən məlumatlar xüsusi formada olmalıdır ki, bizim proqrama uyğun gəlsin”.

Komissiya sədri deyib ki, hazırda dövlət qulluqçuların ehtiyat bankında hər iki mərhələni keçən 100-ə yaxın namizədlə bağlı məlumat var: “Bu namizədlərlə daimi iş aparılır. Onların bilikləri, ixtisasları nəzərə alınaraq dövlət orqanlarına təqdim edilir. Komissiyanın ehtiyat bankındakı dövlət qulluqçuları mütəmadi olaraq müxtəlif dövlət orqanlarına vəzifələrə təyin olunurlar. Hətta bəzən müsabiqəni özləri keçirən dövlət orqanları da bizim ehtiyat kadrlarımızdan istifadə edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR