Bank Of Baku

Qeyri-sabit hava şəraiti cənub bölgəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı düşməsinə səbəb ola bilər

Qeyri-sabit hava şəraiti cənub bölgəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı düşməsinə  səbəb ola bilər
# 30 aprel 2010 16:53 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Son günlər Azərbaycanın cənub bölgəsində güclü yağıntı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktor əvəzi İdris Höccətovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, son 3 gündə Cəlilabad və Yardımlı rayonlarında yağıntılar aylıq normanın 40 faizini, Masallı və Lənkəran rayonlarında 55 faizini, Astara rayonunda 74 faizini, Lerik rayonunda isə 22 faizini təşkil edib. Aprelin 28-də Lənkəran rayonunda şimşəklə müşahidə olunan dolu, Yardımlı, Lerik və Astara rayonlarının yüksək dağlıq ərazilərində isə 2-4 santimetrədək qar yağıb. Mütəxəssislərin qənaətincə, intensiv yağıntıların və dolunun düşməsi kənd təsərrüfatı bitkilərinin əkin sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər.
Lənkəran Dövlət Universitetinin dosenti Məmmədhüseyn Hüseynovun sözlərinə görə, bu il taxıl, kartof və tərəvəz əkinlərində məhsuldarlığının aşağı düşəcəyi istisna olunmur: ”Şiddətli yağıntılar, həmçinin çiçəklənməkdə olan meyvə ağaclarına, o cümlədən sitrus bitkilərinə də ziyan verəcək”.
Cənub bölgəsində yaxın iki-üç gündə gecə saatlarında qısamüddətli yağışlar yağacağı, mayın 3-dən isə yenidən leysan xarakterli yağıntıların düşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR