Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt və Abşeronun ictimai-iaşə müəssisələrində monitorinqlər aparır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt və Abşeronun ictimai-iaşə müəssisələrində monitorinqlər aparır
# 01 may 2010 08:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ictimai-iaşə müəssisələrində, iri restoranlarda, kafelərdə və şadlıq saraylarında monitorinqlər aparır. Bu barədə APA-ya RGEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, monitorinq zamanı sözügedən obyektlərdə istifadə olunan əşyalardan, soyuq qəlyanaltılardan nümunələr götürüləcək, işçilərin əlləri, geydiyi xələtlər yoxlanacaq. Sanitar gigiyenik normalara cavab verməyən müəssisələrlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ölçü götürüləcək. Monitorinqin nəticələri bu ayın ortalarında açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR