Bank Of Baku

Fransada hicaba qadağa qoyula bilər

Fransada hicaba qadağa qoyula bilər
# 01 may 2010 08:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA. Fransada ictimai yerlərdə ənənəvi müsəlman geyiminə qarşı qanun layihəsi hazırlanır. APA-nın məlumatına görə, qadağaya riayət etməyənlərə qarşı cərimənin məbləği 150 avro təşkil edəcək, digər insanları bu qadağanı pozmağa məcbur edənlərə qarşı isə 15 min avro cərimə və bir il həbs cəzası tətbiq olunacağı gözlənilir. “Associated-Press” agentliyinin yaydığı məlumata əsasən, qadınlar cərimə əvəzinə vətəndaşlıq kurslarında iştirak edə bilərlər.

Qeyd edək ki, Fransada hazırda 5 mln. müsəlman yaşayır, bu da digər Qərbi Avropa ölkələrindən çoxdur. Artıq Belçikada hicabın qadağan olunması barədə addım atılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR