Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir neçə kiçik çörək sexinin fəaliyyəti dayandırılıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir neçə kiçik çörək sexinin fəaliyyəti dayandırılıb
# 01 may 2010 08:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) uşaq qidaları, suxarı nümunələri, zeytunlar və şorabalar üzərində monitorinqlər aparır. RGEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin APA-ya verdiyi məlumata görə, mərkəzə uşaq qidaları ilə bağlı 75 nümunə gətirilib. Lakin onların heç birində normadan kənara çıxma halları qeydə alınmayıb. Yaxın günlərdə isə mərkəz şirələr və çörək məmulatları üzərində monitorinqlər aparacaq. İ. Abdullayev deyib ki, ilin əvvəlindən indiyədək RGEM tərəfindən bir neçə çox kiçik çörək sexinin fəaliyyəti dayandırılıb, bir neçə sexə isə sertifikat verilməsinə etiraz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR