Bank Of Baku

Bakıda «İqlim dəyişikliyi - vədlərdən əməllərə» adlı konfrans keçirilib

Bakıda «İqlim dəyişikliyi  - vədlərdən əməllərə» adlı konfrans keçirilib
# 01 may 2010 09:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Azərbaycanda BMT-nin Keçmiş Təcrübələri Assosiasiyası, “İrəli” İctimai Birliyi və BMT-nin İctimai Məlumat Departamenti BMT Modeli Konfransı təşkil edib. APA-nın məlumatına görə, «İqlim dəyişikliyi - vədlərdən əməllərə» adlanın konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət Neft Akademiyası, Xəzər Universiteti, Qafqaz Universitetinin tələbələri Standart BMT Modelində diplomat qismində çıxış ediblər.

Bu model gənclərin effektiv danışıqlar aparmaq, qloballaşma və diplomatiya sahəsində biliklərini artırmaq məqsədini daşıyan, BMT-nin stimullaşdırma oyunudur.
BMT-nin İctimai Məlumat Departamentinin rəhbəri Envera Selimoviç BMT-nin ekologiya siyasəti barədə məlumat verərək bildirib ki, BMT cari ili “Müxtəliflik İli” elan edib. O, Kopenhagendə iqlim dəyişikliyi ilə bağlı keçirilən sammitdə sənəd imzalanmadığını xatırladıb və bildirib ki, analoji tədbir bu il Meksikada keçiriləcək. Diplomatın sözlərinə görə, Kiot protokolu adlanın iqlim dəyişikliyi ilə bağlı çərçivə konvensiyasının müddəti 2012-ci ildə bitir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR