Bank Of Baku

Yevlaxda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Texniki Məktəbi istifadəyə veriləcək

Yevlaxda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Texniki Məktəbi istifadəyə veriləcək
# 01 may 2010 09:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. İyun ayının sonlarında regionda ilk dəfə olaraq Azərbaycanın Yevlax rayonunda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) virtual avtodromu da özündə əhatə edən Texniki Məktəbi istifadəyə veriləcək. Bu barədə APA-ya KHVTİC Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov məlumat verib.

Məktəbdə ordu üçün sürücülərin hazırlanmasında virtual avtodromdan da istifadə olunacaq. Məktəbdə tədris vəsaiti kimi istifadə olunan kompüterlərə Azərbaycanın müxtəlif ərazilərinin yol xəritələri daxil ediləcək. Bu xəritə üzərində virtual avtomobili idarə edən tələbənin yolda hansı səhvlərə yol verməsi, qayda-qanuna əməl edib-etməməsi kompüter tərəfindən qiymətləndiriləcək.

N. Orucov onu da bildirib ki, məktəbin açılışı 26 iyun Silahlı Qüvvələr günü ərəfəsinə planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR