Bank Of Baku

Berinq Dənizində 6,3 və 6 bal gücündə silsilə zəlzələlər baş verib

Berinq Dənizində 6,3 və 6 bal gücündə silsilə zəlzələlər baş verib
# 01 may 2010 10:24 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA. Berinq Dənizində Rixter cədvəli ilə 6,3 və 6 bal gücündə silsilə zəlzələlər baş verib. APA-nın xəbərinə görə, ABŞ Milli Geoloji Xidmətinin məlumatında qeyd edilib ki, Rixter cədvəli ilə 6,3 bal gücündə olan ilk zəlzələnin episentri Qambell (ABŞ, Alyaska ştatı) və Rusiyanın Provideniya şəhərlərinin cənub-cənub-qərb istiqaməti olub.
Zəlzələ ocağı 15,1 km dərinliyində yerləşib. Rixter cədvəli ilə 6 bal gücündə olan ikinci zəlzələnin episentri Qambell şəhərindən 478 km cənub-qərbdə və Provideniya şəhərindən 486 km cənub-cənub-qərb istiqamətində olub. Zəlzələ ocağı 15,7 km dərinliyində yerləşib. Dağıntı və tələfat, həmçinin sunami təhlükəsi haqda məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR