Bank Of Baku

Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Qubada soyqırımı məzarlığını ziyarət ediblər

Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları Qubada soyqırımı məzarlığını ziyarət ediblər
# 01 may 2010 13:02 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. “Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri, tarix, müasirlik və perspektivlər” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları bu gün Qubadakı soyqırımı məzarlığını ziyarət ediblər. APA-nın şimal bürosunun xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov ermənilərin 1918-ci il mayın 1-dən 9-dək Quba şəhərində 3 mindən çox dinc sakini qətlə yetirmələri, 613 nəfəri isə xüsusi işgəncələrlə öldürərək hazırkı soyqırımı məzarlığının ərazisində olan quyulara doldurmaları barəsində tarixçilərə məlumatlar verib. Azərbaycanlı alim qonşu Dağıstan və Gürcüstandan olan həmkarlarının da bu dəhşətli faktlar barədə məlumatlandırılmasının zəruriliyini qeyd edib. Məzarlıqla tanış olan alimlər erməni vəhşiliklərindən xəbər verən faktları qeydə alaraq bu barədə beynəlxalq miqyasda informasiyaların yayılmasında iştirak edəcəklərini bildiriblər. Gürcüstanlı alim Quram Marxuliya bildirib ki, bu faciəni bütün dünya bilməlidir: “Bu, təkcə Azərbaycan xalqının yox, həm də Gürcüstan və Dağıstan əhalisini ağrısıdır. 1918-ci ildə biz erməni vandalizminə qarşı mübarizədə birləşə bilmədik. Amma indi belə səhvə yol verməməli, ermənilərin Qafqazda törətdiyi vəhşiliklərə göz yummamalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR