Bank Of Baku

İslandiya vulkanı aviasiya şirkətlərinə 2,5 milyard avroya yaxın ziyan vurub

İslandiya vulkanı aviasiya şirkətlərinə 2,5 milyard avroya yaxın ziyan vurub
# 01 may 2010 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Aprelin 14-də İslandiyada püskürmüş «Eyyafyallayöküll» vulkanı dünyanın aviasiya şirkətlərinə 2,5 milyard avroya yaxın ziyan vurub. APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, vulkanın partlaması nəticəsində havaya atılan böyük həcmdə kül buludlarının Avropa üzərində hərəkəti nəticəsində 100 mindən artıq təyyarə reysi dayandırılıb.

Avropa Birliyinin nəqliyyat komissarının müavini Siim Kallas bildirib ki, üzv ölkələrin aviasiya sektoruna dəyən ziyanın aradan qaldırılması üçün aşağı faizlə kreditlərin verilməsi və bəzi ödənişlərin müddətinin uzadılması kimi təkliflər var.

Vulkanın yaydığı kül buludu nəticəsində 36 böyük aviaşirkəti birləşdirən Avropa Hava Yolları Birliyi 1 mlrd. 50 mln. avro, Regional Beynəlxalq Hava Yolları Birliyi isə 310 mln. avro zərərə düşdüyünü açıqlayıb. Avropanın hava limanları kül buludları səbəbindən 250 mln. avro, aviasiya şirkətlərinə yerüstü xidmətləri göstərən şirkətlər isə 200 mln. avro zərərə düşdüklərini bəyan ediblər.

Kül buludu turizm şirkətlərinə də ziyan vurub. Avropa Səyahət Agentlikləri və Tur Operatorları Birliyinin yaydığı məlumata görə, aviaşirkətlərə naviqasiya xidməti göstərən şirkətlər İslandiya vulkanı səbəbindən yolda qalan sərnişinlərə 400 mln. avroya yaxın xərc çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR