Bank Of Baku

Şirvan Apelyasiya məhkəməsində zona müşavirəsi keçirilib

Şirvan Apelyasiya məhkəməsində zona müşavirəsi keçirilib
# 01 may 2010 23:03 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı-APA. Şirvan Apelyasiya məhkəməsində zona müşavirəsi keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Apelyasiya məhkəməsindən məlumat verilib.
Məlumatda bildirilir ki, mayın 1-də Şirvan Apelyasiya məhkəməsinin inzibati binasında Ali Məhkəmə Plenumunun 2009-cu il noyabrın 4-də həbs-qətimkan tədbirlərinin seçilməsi sahəsində vəziyyətlə bağlı qərarı ətrafında keçirilən zona müşavirəsində 24 rayon və şəhərin hakimləri və daha 3 rayonun hərbi hakimləri iştirak edib.

Şirvan Apelyasiya məhkəməsinin rəhbərliyi Ali Məhkəmənin Plenumunun kifayət qədər əsas olmadan həbs-qətimkan tədbiri qərarlarının daha çox tətbiq olunmasına görə narahatlığı barədə müşavirə iştirakçılarına məlumat verib.

2000-ci ilin sentyabrın 1-də qüvvəyə minən Cinayət-Prosessual Məcəlləsinə görə, qətimkan tədbiri olaraq həbsin seçilməsi səlahiyyəti məhkəmələrə verilib. Ali Məhkəmənin tövsiyələri əsasında aparılan müzakirələr zamanı vurğulanıb ki, xüsusən Cinayət-Prosessual Məcəllədə həbsdən başqa 9 növ qətimkan tədbiri olmasına baxmayaraq, bu 9 növ qətimkan tədbirinin də bəziləri təcrübədə tətbiq olunmur.

Qeyd olunub ki, qanunvericilikdə olan 10 növ qətimkan tədbirindən də yalnız 2-si istifadə olunur: iltizam və həbs. Mövzu ətrafında aparılan müzakirələrdə hakimlər tərəfindən rəy və təkliflər irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR