Bank Of Baku

Afrika qurbağasının genlərinin şifri açılıb

Afrika qurbağasının genlərinin şifri açılıb
# 01 may 2010 21:51 (UTC +04:00)
Bakı-APA. Alimlər Afrika mahmızlı qurbağasının genlərinin şifrini açmağa müvəffəq olublar. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu heyvanın insan genlərinə oxşar 1700 geni olduğu aşkara çıxıb.

Başqa heyvanlardan fərqli olaraq, bu suda-quruda yaşayan heyvanın xromosomlarının ardıcıllığı ilk dəfədir ki aşkar olunub.

Alimlər bu kəşf nəticəsində endokrin pozucular adlanan təhlükəli kimyəvi birləşmələrin insan orqanizminə necə təsir etməsini öyrənə biləcəklərinə ümid edirlər.

Bioloqlar bildirirlər ki, mahmızlı qurbağanın müxtəlif xəstəliklərlə bağlı insan genləri ilə oxşar 1700 geni var.

Beləliklə, adı çəkilən qurbağanın orqanizmi insanlarda xəstəliklərin meydana gəlməsinə yol açan gen mexanizmlərinin öyrənilməsi üçün laboratoriya rolunu oynaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR