Bank Of Baku

Moskva vilayətində spirtli içki satışına məhdudiyyət sərtləşdirilib

Moskva vilayətində spirtli içki satışına məhdudiyyət sərtləşdirilib
# 02 may 2010 00:06 (UTC +04:00)
Bakı-APA. Bundan sonra Moskva vilayətində fəaliyyət göstərən mağazalarda spirtli içkiləri ancaq gündüz saatlarında əldə etmək mümkün olacaq. APA-nın “Exo Moskvı” radiostansiyasına istinadən verdiyi xəbərə görə, artıq gecə saat 21:00-dən gündüz saat 11:00-dək tündlüyü 15 faizdən artıq olan spirtli içkilərin satışına məhdudiyyət qoyulub.

Bu qaydalar yalnız ictimai iaşə müəssisələri və hava limanlarındakı rüsumsuz ticarət mağazalarına aid edilmir. Xatırladaq ki, Moskva ətrafında artıq 2006-cı ildən axşam saat 23:00-dən gündüz saat 08:00-dək tünd spirtli içkilərinin satışına məhdudiyyət var idi.

Moskva Vilayəti Dumasından verilən məlumata görə, qadağa müsbət nəticə verib, belə ki, sərxoş sürücülərin avtomobil idarə etməsi nəticəsində baş verən yol nəqliyyat hadisələrinin sayı 15 faiz azalıb, buna görə də məhdudiyyətin təsir müddəti bir az da genişləndirilib.

Axşam saat 21:00-dən səhər saat 11:00-dək mağaza sahibləri mağazanın spirtli içkilər satılan bölməsini alıcıları alkoqollu içkilər almağa sövq etməmək üçün bağlayacaq.

Qanun pozuntusuna yol verən şəxslərə qarşı cərimə tətbiq ediləcək. Belə Ki, pozuntuya yol vermiş mağaza sahibləri 3 min rubldan 5 minədək, mağazanın özü isə 20 min rubladək cərimə olunacaqlar.

Qeyd edək ki, iyun ayının 1-dən etibarən bütün Rusiyada konyak, likör və arağın pərakəndə satış qiymətinin minimum həddi tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR