Bank Of Baku

Ali məktəblərin magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçirilib

Ali məktəblərin magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçirilib
# 02 may 2010 19:24 (UTC +04:00)
Bakı-APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Məlumata görə, ərizələrin qəbulu internet vasitəsilə aprelin 12-dən 19-dək aparılıb və 15362 bakalavr ərizə verib. Onlardan 13563 Azərbaycan bölməsi, 1799 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 7508 nəfəri oğlan, 7854 nəfəri isə qızlardır.

Bakalavrlardan 9193 nəfəri 2010-cu ilin məzunlarıdır.

Qəbul imtahanı Bakı şəhərində 21, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 1 binada keçirilib. İmtahanın idarə olunması üçün 103 imtahan rəhbəri, 1081 nəzarətçi-müəllim cəlb olunub.

İkinci mərhələyə buraxılan bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

İkinci mərhələnin imtahanı 2010-cu il iyunun 20-də keçiriləcək və bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR