Bank Of Baku

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda I beynəlxalq elmi konfrans başlayıb

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda I beynəlxalq elmi konfrans başlayıb
# 03 may 2010 08:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda I beynəlxalq elmi konfrans başlayıb. APA-nın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfrans mayın 8-dək davam edəcək. Konfransa Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Litva, İraq və Qırğızıstandan nümayəndələr qatılıb.

BSU-nun rektoru Kamal Abdulla çıxışında bildirib ki, konfransın işi müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini əhatə edəcək. Burada siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat, mədəniyyət, elm və təhsil, iqtisadiyyat və coğrafiya sahələri üzrə məruzələr ediləcək.

Təhsil nazirinin müavini Elmar Qasımov konfransın gündəliyinə salınmış mövzuların aktual olduğunu və bu işi davam etdirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu konfransın keçirilməsində əsas məqsədlərdən biri də dünya universitetlərində azərbaycanşünaslıq bölmələrinin yaradılmasıdır: “Artıq bəzi ölkələrdə – Rusiya, Polşa universitetlərində belə bölmələr yaradılıb”.

Qeyd edək ki, konfrans mayın 8-dək Gəncə və Naxçıvan dövlət universitetlərində davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR