Bank Of Baku

Sumqayıtda 26 obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət yoxlanılıb

Sumqayıtda 26 obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət yoxlanılıb
# 03 may 2010 08:47 (UTC +04:00)
Sumqayıt – APA-Economics. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən şəhər ərazisində yerləşən bir çox sənaye müəssisələrinin, məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə ötən həftə ərzində ümumilikdə 26 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb.

APA-Economics”in məlumatına görə, aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib.

Obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalar aparılıb. Eyni zamanda hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qrunt və ya içməli su xəttindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR