Bank Of Baku

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında mövcud vəziyyət haqqında məlumat yayıb

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında mövcud vəziyyət haqqında məlumat yayıb
# 03 may 2010 12:03 (UTC +04:00)
Nazirlikdən APA-ya verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, son günlər yağan yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb, Quba-Xaçmaz bölgəsi çaylarında isə qısamüddətli daşqın müşahidə olunub.

Hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 150-266, Balakən-Şəki bölgəsi çaylarında 90-170, Lənkəran-Astara bölgəsi çaylarında normanın 120-145 faizini təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq normanın 60-70 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım ongünlük normanın 115 faizi olmaqla 825 m3/san təşkil edir (2009-cu ildə ongünlük normanın 59 faizi olmaqla 425 m3/san təşkil edirdi). Qanıx çayından Mingəçevir su anbarına axım isə ongünlük normanın 226 faizi olmaqla 448 m3/san-dir (2009-cu ildə ongünlük normanın 32 faizi olmaqla 64 m3/san təşkil edirdi).

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, son günlər yağan yağışlar nəticəsində çayın aşağı axınında səviyyələrdə kəskin artım müşahidə olunub. Belə ki, son on gün ərzində Kürün Zərdab məntəqəsində suyun səviyyəsi 110, Surrada (Sabirabad) 125 sm, Şirvanda 115, Salyanda 105, Bankədə (Nefçala) 55, Araz çayının Novruzlu (Saatlı) məntəqəsində isə 137 sm artım qeydə alınıb.

Hazırda Kür çayının Zərdab məntəqəsində səviyyə 760 (2009-da 434 sm), Surrada 881 (2009-da 501 sm), Şirvanda 791 (2009-da 396 sm), Salyanda 796 (2009-da 436 sm), Bankədə 486 (2009-da 312 sm) Araz çayının Novruzlu məntəqəsində isə 655 sm (2009-da 280 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR