Bank Of Baku

Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdıqları “Taxta körpü” qəsəbəsini sel suları basıb

Ağcabədi rayonunda məcburi köçkünlərin məskunlaşdıqları “Taxta körpü” qəsəbəsini sel suları basıb
# 03 may 2010 13:00 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. Yağmurlu hava şəraiti Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində məskunlaşmış məcburi köçkün məntəqələrində problemlər yaradıb. “Taxta körpü” qəsəbəsinin sakinləri APA-nın Qarabağ bürosuna bildiriblər ki, sel suları ərazidə olan məntəqələrin əksəriyyəti ilə əlaqəni kəsib. Xeyli sayda yaşayış evi sel suları ilə dolub. Məlumatı Laçın rayon İcra Hakimiyyətindən (RİH) təsdiqləyiblər. RİH İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Şahbazov bildirib ki, hazırda rayonun bütün idarə və təşkilatları, həmçinin texnika və nəqliyyat vasitələri ərazidə sel sularının törətdiyi fəsadların aradan qaldırılması işinə cəlb olunub. Onun sözlərinə görə, Kür çayı yaxınlıqdan keçdiyinə görə, laçınlı məcburi köçkünlərin məskunlaşdığı 5 kənd təhlükə altındadır: «Əgər çayda suyun səviyyəsi yarım metrə qədər qalxsa, vəziyyət çox acınacaqlı olacaq. Burada elə yerlər var ki, sahil aşağı səviyyədədir. Elə buna görə də, əsas qüvvələrimizi bənd quraşdırma işlərinə cəlb etmişik. Sel sularının və Kür çayının törədə biləcəyi fəsadları nəzarət altında saxlayırıq».

Evlərini su basmış bir neçə ailə müvəqqəti olaraq “Taxta körpü” qəsəbəsində yerləşən inzibati və ictimai binalara köçürülüb.

Qeyd edək ki, “Taxta körpü” ərazisində Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR