Bank Of Baku

Yağmurlu hava Beyləqanda taxıl sahələrinə xeyli ziyan vurub

Yağmurlu hava Beyləqanda taxıl sahələrinə xeyli ziyan vurub
# 03 may 2010 13:38 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu-APA. Yağmurlu hava şəraiti Beyləqan rayonunun heyvandarlıq təsərrüfatlarına ziyan vurub. Beyləqan rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Telman Məstanov APA-nın Qarabağ bürosuna bildirib ki, davamlı olaraq yağan yağışlardan sonra mal-qara arasında qızdırma xəstəliyi yayılmağa başlayıb. Onun sözlərinə görə, havaların bir az da belə davam edəcəyi halda, mal-qaranın qızdırmaya yoluxması kütləvi hal alacaq. T. Məstanov deyib ki, yağmurlu hava texniki və yem bitkilərinin becərilməsini, yoncanın bilməsini xeyli çətinləşdirib.
T. Məstanov onu da qeyd edib ki, aramsız yağışlar rayon ərazisindəki taxıl sahələrinə də xeyli zərər vurub: «Beyləqanda 22 min hektardan çox taxıl əkilib. Son günlər ərzində müşahidə olunun hava nəticə etibarilə zəmilərdə pas xəstəliyinin artmasına səbəb olub. Bununla yanaşı quraqlıq havalarla müqayisədə indi qrunt suları 3 dəfəyədək artıb. Bu da bir tərəfdən əkin altında olan torpaqlardakı bitki örtüyünün çürüməsinə də gətirib çıxara bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR