Bank Of Baku

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu mayın 8-dək davam edəcək

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənəd qəbulu mayın 8-dək davam edəcək
# 03 may 2010 13:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu ilin əvvəlindən həyata keçirilən sənəd qəbulu may ayının 8-dək davam edəcək. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Namizədlər onlara kömək məqsədilə hazırlanmış "Yaddaş kitabçası"nı may ayının 11-dən etibarən bütün iş günləri saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər. Qulluğa qəbulla əlaqədar keçiriləcək test imtahanının vaxtı və yeri, həmçinin, "İmtahana buraxılış vərəqəsi"nin təqdim edilməsi barədə vətəndaşlara əvvəlcədən məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR