Bank Of Baku

ABŞ-ın dəstəyi ilə Bərdədə yeni məktəb binası tikilib istifadəyə verilib

ABŞ-ın dəstəyi ilə Bərdədə yeni məktəb binası tikilib istifadəyə verilib
# 15 sentyabr 2010 13:26 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. ABŞ-ın Azərbaycandakı Müdafiə Əməkdaşlığı üzrə Avropa Komandanlığı Ofisinin maliyyə dəstəyi ilə Bərdədə şəhər 2 saylı orta məktəbi üçün tikilmiş yeni bina bu gün istifadəyə verilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, açılış mərasimində ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Adam Sterlinq də iştirak edib. Ən müasir avadanlıq və mebellə təchiz olunmuş məktəb binasında 300-dən çox şagird təhsil almaq imkanına malikdir.
A. Sterlinq bildirib ki, ABŞ-ın maliyyə dəstəyi ilə Müdafiə Əməkdaşlığı üzrə Ofis son illər Azərbaycanda 16 məktəb binası inşa etdirərək məktəblilərin istifadəsinə verib.
O, açılış mərasimində çıxışında məktəblilərə Azərbaycanın firavan gələcəyi naminə yaxşı təhsil, mükəmməl tərbiyə almağı tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR