Bank Of Baku

Füzulinin Böyük Bəhmənli kəndində ABŞ səfirliyinin dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası istifadəyə verilib

Füzulinin Böyük Bəhmənli kəndində ABŞ səfirliyinin dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası istifadəyə verilib
# 15 sentyabr 2010 14:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Sentyabrın 14-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yenidən qurulmuş uşaq bağçası istifadəyə verilib. Füzuli rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bağçanın açılış mərasimində ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri, səfirliyin əməkdaşları, Nazirlər Kabinetinin nümayəndəsi, rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Açılış mərasimində bildirilib ki, 80 yerlik uşaq bağçası 1993-cü ildə Böyük Bəhmənli kəndi işğal altında olarkən ermənilər tərəfindən dağıdılaraq istifadəyə yararsız hala salınıb. Cari ilin əvvəllərində başlamış təmir işləri ABŞ səfirliyinin yerli icma ilə əməkdaşlığı çərçivəsində baş tutub. Bağça zəruri avadanlıqlarla təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR