Bank Of Baku

Azərbaycanın cənub bölgəsində yeni məktəb binaları istifadəyə verilib

Azərbaycanın cənub bölgəsində yeni məktəb binaları istifadəyə verilib
# 15 sentyabr 2010 15:07 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün cənub bölgəsinin bir neçə rayonunda yeni ümumtəhsil müəssisələrinin açılışı olub. Masallı Rayon Təhsil Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, ilk təhsil ocağının açılışı 4 saylı Masallı şəhər orta məktəbində baş tutub. Dövlət vəsaiti hesabına inşa edilmiş üçmərtəbəli 640 yerlik binada otuzdan çox sinif otağı var. Məktəbdə kitabxana, kompüter otaqları, fizika və kimya fənlərinin tədrisi üçün laboratoriyalar, geniş idman zalı şagirdlərin ixtiyarına verilib. Sinif otaqlarını istiliklə təmin etmək üçün həyətyanı sahədə qazanxana inşa olunub.
Bu gün Masallıda Zahir Nəcəfov adına 2 saylı Ərkivan qəsəbə orta məktəbi də yenidən inşa olunaraq şagirdlərin istifadəsinə verilib. Dövlət vəsaiti hesabına tikilən ikimərtəbəli 480 yerlik bu təhsil ocağı 24 sinif otağından ibarətdir.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Cəlilabad rayonunda da yeni məktəb binaları tikilərək istifadəyə verilib. Rayon Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, sentyabrın 15-i bilik günündə Xəlilabad kəndində 360 yerlik, Şiləvəngə kəndində 260 yerlik və Zopun kəndində 220 yerlik yeni məktəb binalarının açılışı olub. Bundan əlavə Təhsil Nazirliyinin vəsaiti hesabına 5 məktəb binası əsaslı təmir olunub, bir neçə məktəbin maddi-texniki bazası gücləndirilib. Rayon Təhsil Şöbəsindən, həmçinin 1000 nəfər aztəminatlı şagirdə şəhər İcra Hakimiyyəti tərəfindən məktəbli formasının verildiyi də bildirilib.
Yardımlı Rayon İcra Hakimiyyəti Aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, 360 yerlik Ərus kənd orta məktəbi istifadəyə verilib. Tikintisinə 1 milyon 320 min manat vəsait sərf olunan bu tədris ocağında 18 sinif otağı olmaqla, fənn kabinetləri, kitabxana, kompüter otağı, idman zalı yaradılıb, müasir istilik sistemi quraşdırılıb.
Hazırda rayonun Ləzir, Horavar, Osnağaran və Honuba kəndlərində də yeni
tikilən məktəblərdə son tamamlanma işlərinin görüldüyü bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR