Bank Of Baku

Nazirlik: Azərbaycan ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir

Nazirlik: Azərbaycan ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir
# 16 sentyabr 2010 08:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Azərbaycan ozon qatının qorunması üçün qarşısında duran vəzifələri yerinə yetirəcək və gələcəkdə nəzərdə tutulan tədbirlərdə fəal iştirak etməklə problemin ümumbəşəri həllinə öz töhfəsini verəcək”. APA-nın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ozon qatının müdafiəsi ilə bağlı yaydığı açıqlamada qeyd olunub. Məlumatda göstərilib ki, orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır: “Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktika qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların Yer səthinə çatmasına mane olur. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı daha da artmaqdadır”.
Bildirilib ki, ozon qatının dağılması ekvator zonasında planktonların, flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır: “Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur”.
Qeyd olunub ki, Azərbaycan da müstəqil bir dövlət kimi dünyanın aparıcı dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının (1985), Monreal Protokolunun (1987), London (1990), Kopenhagen (1992) və Monreal (1997) düzəlişlərinin ratifikasiya edilməsi haqqında qanun qəbul edib. Ratifikasiyadan sonra BMT-nin Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə “Çinar” soyuducu və Sumqayıt kompressorlar zavodlarında, yanğınsöndürmə idarələrində istifadə olunan ODM-in istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri və məişətdə istifadə olunan ODM olan soyuducu agentlərin bərpası, yenidən istifadəsi, bu sahədə təlimatçı və texniklərin öyrədilməsi, Monreal Protokolunun yerinə yetirilməsi üçün təşkilatı strukturların möhkəmləndirilməsi üzrə layihələr həyata keçirilib: “Azərbaycan ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR