Bank Of Baku

“Uşaqların yollarda təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilib

“Uşaqların yollarda təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilib
# 16 sentyabr 2010 10:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün “Uşaqların yollarda təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan “Sorge” Uşaq Qayğı Xeyriyyə Cəmiyyətinin sədri Aydın Xudiyev uşaqların təhlükəsizliyini təmin etməyə hər zaman hazır olduqlarını deyib: “Bu məsələlərdə Dövlət Yol Polisi İdarəsinin qayğısına çox böyük ehtiyac var. Lakin bu işdə hər kəs çalışmalıdır”.

46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin şöbə müdiri Fəridə Süleymanova isə mərkəzin 1990-cı ildən fəaliyyət göstərdiyini bildirib: “Hər il yol qəzalarında ölənlərin 10-12 faizini azyaşlı uşaqlar təşkil edir”.

Azərbaycan Texniki Universitetinin müəllimi, texniki elmlər namizədi Sülhəddin Gözəlov problemin aktuallığından danışıb: “Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünyada baş verən yol qəzalarında yarım milyon insan ölür, 10 milyon insan isə xəsarət alır. MDB üzvü olan ölkələrlə müqayisədə Avropada yol qəzalarında ölənlərin sayı azlıq təşkil edir. Problemi həll etmək üçün istismar müddəti başa çatan avtomobilləri kənarlaşdırmaq, xaricdən gətirilən avtomobillərə məhdudiyyət qoymaq, pullu yollar yaratmaq lazımdır”.

Xətai rayon Polis İdarəsinin Yol polis şöbəsinin inspektoru Vaqif Əsədov isə bu problemin aradan qaldırılması üçün yol polisləri ilə yanaşı dövlət qurumlarının, QHT-lərin də fəaliyyətinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR