Bank Of Baku

Lənkəranda əlillər üçün xeyriyyə aksiyası keçirilir

Lənkəranda əlillər üçün xeyriyyə aksiyası keçirilir
# 16 sentyabr 2010 11:22 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində cənub bölgəsində yaşayan əlillərə reabilitasiya xidmətlərinin göstərilməsinə başlanıb. APA-nın cənub bürosunun məlumatına görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səyyar həkim briqadası Lənkərana gəlib.

Nazirliyin Ortopedik Bərpa Mərkəzinin tibb şöbəsinin müdiri Pənah Məmmədov 3 gün ərzində bölgədəki əlillərin protezlərinin və ortezlərinin yenisi ilə əvəz ediləcəyini, onlara müvafiq həkim məsləhətlərinin veriləcəyini deyib. O, cənub rayonlarında yaşayan 120 nəfər əlil üçün Bakıdan 15 çeşiddə köməkçi reabilitasiya vasitələri gətirildiyini söyləyib. Şöbə müdiri bildirib ki, əlillərin müayinəsi zamanı köhnəlmiş, yaxud da sınmış protez və ortezlərin ölçüsü götürülərək bərpa mərkəzindəki istehsalat sexində yeniləri hazırlanacaq və 1 ay müddətində əlillərə təqdim ediləcək.

Qeyd edək ki, hər il Azərbaycanda 5 minə yaxın köməkçi reabilitasiya vasitəsinə ehtiyac duyulur. Hazırda ölkədə əlillərin sayı 15 min nəfərə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR