Bank Of Baku

Qubada Yaponiya hökumətinin maliyyə vəsaiti hesabına təmir olunmuş məktəbin açılışına həsr olunmuş mərasim keçirilib

Qubada Yaponiya hökumətinin maliyyə vəsaiti hesabına təmir olunmuş məktəbin açılışına həsr olunmuş mərasim keçirilib
# 16 sentyabr 2010 11:24 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”çərçivəsində Quba rayonunun ikinci Nügədi kəndində 1 saylı orta məktəbin təmiri layihəsinin başa çatması münasibətilə mərasim keçirilib. APA-nın Şimal bürosunun məlumatına görə, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, Quba rayon icra hakimiyyətinin başçısı R. Həbibov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yaponiya səfirliyi və Quba rayon Təhsil Şöbəsi arasında imzalanan müqaviləni ümumi məbləği 96802 ABŞ dollarıdır. Məktəbdə əsaslı təmir işləri aparılıb, 800 şagird və müəllim heyətinin təhsil şəraiti yaxşılaşdırılıb. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki bildirib ki, bu, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanda təhsillə bağlı həyata keçirdiyi təhsillə bağlı 64-cü layihədir. Bu layihələrə ümumilikdə 4 milyon 855 min 530 ABŞ dolları sərf edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR