Bank Of Baku

Bakıda “Yaşıl dünya naminə” adlı beynəlxalq sərgi keçirilir - FOTOSESSİYA

Bakıda “Yaşıl dünya naminə” adlı beynəlxalq sərgi keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 16 sentyabr 2010 12:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində “Yaşıl dünya naminə” adlı beynəlxalq sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, “Ekologiya İli” çərçivəsində keçirilən sərginin məqsədi Azərbaycanda və digər ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, tətbiq edilən texnologiyaların geniş auditoriyaya təqdim etmək, bu sərgidə müxtəlif şirkətlərin qazandığı təcrübəni nümayiş etdirməkdir. Azərbaycanda ilk dəfə keçirilən sərgidə ekoloji problemlərin həllində təcrübəyə malik 30-a yaxın xarici, yerli şirkətlər, dövlət qurumları və QHT-lər iştirak edir. Sərgi sentyabrın 18-dək davam edəcək.
Nazir onu da əlavə edib ki, Azərbaycanda son vaxtlar ekologiya sahəsinə göstərilən diqqət artıb. Artıq ekoloji problemlər ən müasir texnologiya hesabına həll olunur: “İqtisadi maraqlar üzərində qurulan fəaliyyət ekoloji problemləri daha tez həll edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR