Bank Of Baku

Gürcüstanda səhiyyə nazirinin keçmiş müavini həbs edilib

Gürcüstanda səhiyyə nazirinin keçmiş müavini həbs edilib
# 16 sentyabr 2010 12:50 (UTC +04:00)
Bakı - APA-Economics. Gürcüstanda əmək, səhiyyə və sosial müdafiə nazirinin keçmiş müavini Nikoloz Pruidze həbs edilib.

APA-Economics”in “Kavqaz-Press”ə istinadən xəbərinə görə, bu barədə Gürcüstan DİN-in administrasiya rəhbəri Şota Xizanişvili açıqlama verib.

N.Pruidze bu gün səhər prokurorluqda ifadəsi alındıqdan sonra həbs edilib. O, Gürcüstana vaksin gətirilməsi tenderi ilə bağlı korrupsiyada ittiham olunur. Nəticədə Gürcüstanın dövlət büdcəsinə 1 mln. dollar ziyan dəyib.

Qeyd edək ki, N.Pruidze cəmi üç həftə əvvəl - Andria Uruşadze nazir təyin olunduqdan sonra vəzifəsini tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR