Bank Of Baku

Şirvanda “XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda konfrans keçirilib

Şirvanda  “XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda konfrans keçirilib
# 16 sentyabr 2010 13:58 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şirvanda “XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda regional konfrans keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrmanovanın da qatıldığı tədbirdə Şirvan, Salyan, Saatlı, Sabirabad, Neftçala və Hacıqabul rayonundan təhsil, səhiyyə və digər strukturlarda çalışan ictimai aktiv qadınlar iştirak ediblər.
Konfransda çıxış edən Şirvan şəhər İcra Hakimiyyəti başçısı Mərdan Camalov bölgədə və xüsusən Şirvan şəhərində aparılan işlər barədə məlumat verərək bildirib ki, son vaxtlar Azərbaycanda aparılan uğurlu iqtisadi-siyasət nəticəsində digər rayonlar kimi Şirvan şəhəri də özünün yüksəliş dövrünü yaşayır. Burada sahibkarlara, iş adamlarına yüksək səviyyəli şəraitin yaradıldığını qeyd edən M. Camalov qadınların işlə təminatına daim diqqət yetirildiyini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrmanova çıxışında gender bərabərliyindən danışarkən qeyd etdi ki, qadınlara qarşı zorakılıq halları 2009-cu ildə 4696, 2010-cu ildə isə 2531 fakt müəyyən edilib. Qadınlar tərəfindən isə törədilən zorakılıq halları 2009-cu ildə 2276, 2010-cu ildə isə 982-dir.

S. Qəhrəmanova jurnalistlərə açıqlamasında keçirilən konfransın əhəmiyyətindən danışaraq, tədbirin keçirilməsində əsas məqsədin məişət zorakılığı barədə qadınları maarifləndirmək və bu sahədə qəbul edilən qanunlarla tanış etmək olduğunu bildirib.

Növbəti konfransın Göyçay rayonunda keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR