Bank Of Baku

Fəxriyyə Xələfovanın kişilər üçün hazırladığı yeni ətir “FX 579” adlanacaq

Fəxriyyə Xələfovanın kişilər üçün hazırladığı yeni ətir “FX 579” adlanacaq
# 16 sentyabr 2010 14:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova kişilər üçün yeni ətrini təqdim etməyə hazırlaşır. APA-nın məlumatına görə, jurnalistlərə açıqlamasında Fəxriyyə Xələfova bildirib ki, bu ətri o, bu ilin sonuna kimi təqdim etmək niyyətindədir. Ətrin adını da artıq müəyyənləşdirən modelyer qeyd edib ki, bu dəfə ətrin adı avtomobil nömrəsini xatırladacaq. Belə ki, əməkdar incəsənət xadimi yeni ətrini “FX 579” adı altında təqdim etməyi düşünür. Onun sözlərinə görə, kişi ətriyyatının da artıq satışda olan “Nuray” ətri kimi bir çox ölkələrdə istehsalı aparılacaq. İlin sonunda təqdim olunması nəzərdə tutulan “FX 579” mağazalarda da satışa çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR