Bank Of Baku

Gürcüstanın elm və təhsil naziri Marneulidə azərbaycanlı şagirdlərə dərsliklər paylayıb

Gürcüstanın elm və təhsil naziri Marneulidə azərbaycanlı şagirdlərə dərsliklər paylayıb
# 16 sentyabr 2010 14:40 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir Marneuli 3 saylı Azərbaycan orta məktəbində şagirdlərə yeni dərsliklər paylayıb. Dmitri Şaşkinin dediyinə görə, təhsil tarixində qeyri-gürcü məktəblilər üçün ilk dəfədir ki, iki dildə dərslik çap edilib: “Bu dərsliklərdəki dərs materiallarının 35 faizi gürcü dilində verilib. VII, VIII, X və XII siniflər üçün tarix və coğrafiya dərslikləri Azərbaycan, erməni və rus dillərinə tərcümə olunaraq çap edilib. Həmin dərsliklər pulsuz olaraq şagirdlərə paylanılacaq. 2010-2011-ci tədris ilində nazirlik Gürcüstanın qeyri-gürcü məktəblərində təhsil alan 35 874 şagirdi iki dildə çap olunacaq 75 895 dərslik ilə təmin edəcək. Eyni zamanda həmin məktəblərdə və bölmələrdə təhsil alan IV sinif şagirdləri “Gürcü dili ikinci dil kimi” dərslik kitabını pulsuz alacaqlar”.
Gürcüstanın elm və təhsil nazirliyindən bildirilib ki, bu təşəbbüs “Gürcü dili proqramı” çərçivəsində həyata keçirilir və bunun üçün dövlət bu il 600 000 min lari vəsait ayırıb. Məktəblilər dərslikləri təhsil aldıqları məktəblərdə alacaqlar. Gələn ildən dərsliklər məktəb kitabxanalarına təhvil veriləcək və gələcək yeni dərs ilində qeyri-gürcü şagirdləri onlardan istifadə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR