Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib
# 16 sentyabr 2010 15:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Gi Mun 16 sentyabr - Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, ətraf mühitin qorunmasına dair razılaşmaların müvəffəqiyyətlə həyata keçirilməsi üçün geniş baza, aydın məqsədlər və problemin həllinə mərhələli yanaşma tələb olunur: “Öz güclərinə inamları artdıqca hökumətlər ilkin uğurlarını inkişaf etdirərək qarşılarına daha ciddi məqsədlər qoyur. Keçən il hamılıqla ratifikasiyasına nail olduğumuz Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu bu prosesin ən gözəl nümunəsidir. 1987-ci ildə Monreal Protokolu imzalandığı zaman heç bir hökumət ozondağıdıcı maddələrin istehsalından mərhələli şəkildə imtina edəcəyini təxmin etmirdi. Bununla belə, milli və qlobal səviyyədə öhdəliklərə ciddi şəkildə riayət olunması nəticəsində Monreal Protokolunun tərəfləri bu tip zərərli kimyəvi maddələrin istehsal və istifadəsini 98% azalda bilib”.

Məlumatda qeyd edilir ki, indiyədək bu protokol 135 milyard ton karbon qazına ekvivalent istixana effekti yaradan qazların havaya buraxılmasının qarşısını alıb. Baş katib ölkələri bəşəriyyətin rifahına təhlükə yaradan ətraf mühit problemlərini azaltmaq üçün ozon qatı və iqlimlə bağlı mövcud sazişlərdə öz əksini tapmış idarəçilik alətlərindən istifadə etməyə də səsləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR