Bank Of Baku

Azərbaycan Dillər Universiteti ilə İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq davam edəcək - FOTO

Azərbaycan Dillər Universiteti ilə İtaliyanın Peruca Universiteti arasında əməkdaşlıq davam edəcək - <font color=red>FOTO</font>
# 17 sentyabr 2010 12:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universiteti (ADU) və İtaliyanın Peruca Universiteti arasında imzalanmış cari müqavilənin müddəti bitdiyi üçün mövcud əməkdaşlığı davam etdirmək məqsədilə yenidən imzalanma mərasimi keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imzalanma mərasimindən öncə rektor Səməd Seyidov universitet heyəti və qonaqlar arasında görüş keçirib. Görüşdə S. Seyidov bildirib ki, rəhbərlik etdiyi təhsil ocağı ilə Peruca Universiteti arasında əlaqələr artan temp üzrə inkişaf edir. O, qeyd etdi ki, İtaliya ilə əlaqələr təkcə təhsil sahəsində deyil, digər sahələrdə də inkişaf edir: “Universitetimizdə bir sıra Avropa ölkələrinin mərkəzləri fəaliyyət göstərir. İtalyan dili mərkəzinin mövcudluğu tələbələrə İtaliyanı daha yaxından tanımağa, italyan dilini daha yaxşı mənimsəməyə kömək edir”.
Peruca Universitetinin rektoru xanım Stefani Giannini universitetlərarası əlaqələrdən danışıb, qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanların mövcud olduğunu söyləyib. O bildirib ki, Azərbaycanda italyan dilinə maraq artıb və bu da tələbələrin sayında özünü göstərir. Sonra ADU-nun rektoru Səməd Seyidov və Peruca Universitetinin rektoru Stefani Giannini universitetlərarası əməkdaşlığa dair müqaviləni imzalayıblar.

Müqavilənin məqsədi ikitərəfli əlaqələri inkişaf etdirmək, birgə seminarlar, dərslər, görüşlər, konfranslar keçirmək və elmi araşdırmaları inkişaf etdirməkdir. Eyni zamanda ADU və Peruca Universiteti arasında müəllim və tələbə mübadiləsini artırmaq, bakalavr və magistrların xaricdə təhsil proqramlarında və yay məktəblərində iştirak etmələrinə şərait yaratmaqdır.
Tədbirin sonunda rektor S. Seyidov Peruca Universitetinin rektoru S. Gianniniyə universitet adından hədiyyə təqdim edib.
Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi də iştirak edib.

Qeyd edək ki, ADU-da İtalyan dili 2001-ci ildən tədris olunur, Dil Mərkəzi isə 2009-cu ilin fevralından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR