Bank Of Baku

Göyçayda regional konfrans keçirilib

Göyçayda regional konfrans keçirilib
# 17 sentyabr 2010 13:15 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Sentyabrın 17-də Göyçay rayonunda "XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda regional konfrans keçirilib. APA-nın Şirvan bürosunun məlumatına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Göyçay, Ucar, Ağdaş, Zərdab və Kürdəmir rayonlarından olan fəal qadınlar iştirak edib. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, konfransın əsas məqsədi məişət zorakılığı barədə qadınları maarifləndirmək və bu sahədə qəbul edilən qanun və qərarlarla onları tanış etməkdir. Azərbaycanda gender bərabərliyi dünyagörüşünü yaymaqla vətəndaş cəmiyyətini daha da inkişaf etdirməyin əhəmiyyətindən danışan S. Qəhrəmanova tədbir iştirakçılarına zorakılıq münasibətləri, növləri, baş vermə səbəbləri, ən çox yayılmış formaları, fəsadları haqqında geniş məlumat verib.
Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, məhkəmənin sədri Elxan Süleymanov qadınların cəmiyyətdəki rolundan danışıb. Natiqlər bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin müsbət nəticəsidir ki, son illər rayonda ailə-məişət zorakılığı, eləcə də boşanma, erkən nikah hallarının sayı azalıb, nikaha daxil olanların sayı isə xeyli artıb.
Tədbirdə müzakirə olunan mövzulara aid milli qanunvericilik bazasından çıxarışlar edilib, problemlərin izahı və çıxış yolları göstərilib, iştirakçıları maraqlandıran bir sıra məsələlərə də aydınlıq gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR