Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlığa başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlığa başlayır
# 17 sentyabr 2010 13:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə oktyabrın 1-dən fənlər üzrə
elmi-metodiki seminarlar fəaliyyətə başlayır. Komissiyadan APA-ya verilən məlumata görə, seminarlar respublikanın pedaqoji ictimaiyyəti üçün açıqdır. İstənilən mütəxəssis TQDK-nın orta təhsil üzrə yoxlama-ölçmə materialları sektorunda qeydiyyatdan keçərək müvafiq fənn üzrə seminarın işində iştirak edə bilər.

Bu il TQDK-nın Naxçıvan, Lənkəran, Gəncə, Şəki, Quba şəhərlərində fəaliyyət göstərən regional bölmələrində də bütün fənlər üzrə həmin bölgələrin müəllimlərinin iştirakı ilə elmi-metodiki seminarlar keçiriləcək. İnternet proqramlarının tətbiqi vasitəsilə həmin seminarlarla TQDK-nın müvafiq seminarları arasında canlı video-bağlantılar təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR