Bank Of Baku

Ağdamda beynəlxalq təşkilatla birgə sərgi-yarmarka keçirilib

Ağdamda beynəlxalq təşkilatla birgə sərgi-yarmarka keçirilib
# 17 sentyabr 2010 14:50 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ağdamın Quzanlı qəsəbəsində sərgi-yarmarka keçirib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam Olimpiya-İdman Mərkəzinin stadionunda reallaşdırılan sərgiyə xaricdə və respublikada istehsal olunan ərzaq malları çıxarılıb. Qeyd olunub ki, FAO Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə yaşayan məcburi köçkünlərin bacarıqlarının artırılması naminə inkişaf layihəsi həyata keçirir. Azərbaycan və İsveçrə Hökuməti tərəfindən maliyyələşdirilən layihənin məqsədi məcburi köçkün və cəbhə bölgəsində fəaliyyət göstərən yerli fermerlərin gəlirlərinin artırılması və onların yaxşılaşdırılmasıdır. Yarmarkanın açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin, FAO-nun Azərbaycan üzrə Nümayəndəliyinin, İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının, Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR