Bank Of Baku

Prezident İlham Əliyev “Azərbaycan yaşıl dünya naminə” beynəlxalq ekologiya sərgisi ilə tanış olub

Prezident İlham Əliyev “Azərbaycan yaşıl dünya naminə” beynəlxalq ekologiya sərgisi ilə tanış olub
# 17 sentyabr 2010 15:30 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev sentyabrın 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Azərbaycan yaşıl dünya naminə” devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olub. APA-nın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov prezident İ. Əliyevə sərgi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin sağlamlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Son 15 ildə Azərbaycanda meşələrin ərazisi xeyli artırılıb. Cari “Ekologiya ili”ndə Azərbaycanda 8 milyon 200 min ağac və kol bitkisi əkilib. Bunun 1 milyon 540 mini Bakıətrafı ərazilərin payına düşür. Nazirliyin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin 3 min metrə qədər yüksəkliklərdə yerləşən 3 avtomatlaşdırılmış meteoroloji stansiyası fəaliyyət göstərir. Cənubi Qafqazda vəhşi təbiətin bərpası və reabilitasiyası mərkəzi də ilk dəfə Azərbaycanda yaradılıb. 2003-cü ildən bəri xüsusi mühafizə altında olan təbiət ərazilərinin sahəsi 478 min hektardan 890 min hektara qədər artırılıb.

Sərginin pavilyonları ilə tanış olan dövlət başçısına respublikada ekologiya sahəsində istifadə olunan maşın və mexanizmlər də təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR