Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,340 mln. nəfəri ötüb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,340 mln. nəfəri ötüb
# 18 sentyabr 2010 08:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda iqtisadi fəal əhalinin sayı 2010-cu il sentyabr ayının 1-i vəziyyətinə 4 340,2 min nəfər olub, onlardan 4 081,2 min nəfərini (94%) iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 358,4 min nəfər, o cümlədən dövlət bölməsində 851,7 min nəfər, qeyri-dövlət bölməsində 488,3 min nəfər olmuş orta siyahı sayı isə 1 340,0 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20%-i məhsul istehsalı sahələrində, o cümlədən 2,6%-i mədənçıxarma sənayesində, 6%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, 1,6%-i su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsində, 4,7%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olublar. Xidmət sahəsində çalışanların 25,7%-i təhsil, 19,9%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 10%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,9%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i yaşayışın təşkili və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Komitədən bildirilib ki, bu il sentyabrın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,5 min nəfər olub, onların 43,5%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği 141,1 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR