Bank Of Baku

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı son bir ildə 5,7% artıb

Azərbaycanda işçilərin orta aylıq əmək haqqı son bir ildə 5,7% artıb
# 18 sentyabr 2010 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7% artaraq 317,4 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

Hesabat dövründə müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 8,6 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, informasiya və rabitə sahəsi, nəqliyyat və anbar təsərrüfatı, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahələrində, habelə tikintidə çalışan işçilər alıblar.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 177,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 287,1 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR