Bank Of Baku

Azərbaycan əhalisinin nominal gəlirləri son bir ildə 11% artıb

Azərbaycan əhalisinin nominal gəlirləri son bir ildə 11% artıb
# 18 sentyabr 2010 08:34 (UTC +04:00)
Bakı. Nicam Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 15,8 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-EConomics»ə verilən məlumata görə, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 1 776,8 manat və ya əvvəlki ilin eyni dövründəkindən 9,8% çox gəlir düşüb.

Gəlirlərin 69,6%-i son istehlaka, 9,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 19,4Ə%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 14,3 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 11,7% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR