Bank Of Baku

Mərkəzi Neftçilər Xəstəxanasında yeni şöbələr açılıb - FOTOSESSİYA

Mərkəzi Neftçilər Xəstəxanasında yeni şöbələr açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 18 sentyabr 2010 11:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Mərkəzi Neftçilər Xəstəxanasında yenidən qurulmuş mama-ginekologiya və yeni yaradılmış otorinolorinqoloji və baş-boyun şöbələrinin açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimində ARDNŞ-in rəhbərliyi də iştirak edib.

Tədbirdə iştirak edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə bildirilib ki, Lor şöbəsinin bazasında yaradılmış otorinolorinqoloji və baş-boyun şöbəsinin tərkibində 8 palata, 3 əməliyyat otağından ibarət bir əməliyyat bloku, müayinə, prosedur və sarğı otaqları var. Əməliyyat bloku ən mürəkkəb cərrahiyyə əməliyyatlarını aparmağa imkan verən Almaniyanın «Ştors» şirkətinin istehsal etdiyi endoskopik avadanlıqla təchiz edilib. Əməliyyat otaqlarında həmçinin 2 ədəd çoxfunksiyalı əməliyyat masası və Finlandiyanın «Merivara» şirkətinin istehsalı olan 1 əməliyyat kreslosu quraşdırılıb ki, bu avadanlıq Azərbaycanın səhiyyə sistemində ilk dəfədir tətbiq edilir.

Daha sonra ARDNŞ prezidentinə yenidən qurulmuş mama-ginekologiya şöbəsi haqqında məlumat verilib. Bildirilib ki, şöbənin nəzdində 2 əməliyyat otağından ibarət yeni əməliyyat bloku yaradılıb. Bloka quraşdırılmış müasir avadanlıq burada dünyanın müasir klinikalarında aparılan endoskopik ginekoloji əməliyyatların əksəriyyətini həyata keçirməyə imkan verəcək.

Sonda ARDNŞ rəhbərliyi Mərkəzi Neftçilər Xəstəxanasının aldığı yeni təcili tibbi yardım maşınları və avadanlıqları ilə də tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR