Bank Of Baku

“Kaspi” Təhsil Mərkəzində ötən dərs ilinin yekunları və yeni dərs ilinə hazırlıqla bağlı tədbir keçirilib

“Kaspi” Təhsil Mərkəzində ötən dərs ilinin yekunları və yeni dərs ilinə hazırlıqla bağlı tədbir keçirilib
# 18 sentyabr 2010 11:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün “Kaspi” Təhsil Mərkəzi ötən dərs ilinin yekunları və yeni dərs ilinə hazırlıqla bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən “Kaspi” Təhsil Şurasının sədri Sona Vəliyeva bildirib ki, 2008-ci ildə təsis edilən bu mərkəzdə ali məktəblərə hazırlaşan abituriyentlərin böyük əksəriyyəti tələbə adını qazanır. 2008-2009-cu tədris ilində mərkəzdə oxuyan gənclərin 84 faizi tələbə olub. “Kaspi”də təhsil almış gənclərin 20-si hazırda “2007-2015-ci ildə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alır.

S. Vəliyeva deyib ki, bu il “Kaspi”də ali məktəblərə hazırlaşan abituriyentlərin 60 faizi 600--650, 40 faizi 500-650 bal toplayıb. Ümumilikdə bu il mərkəzin abituriyentlərinin 93 faizi ali məktəbə daxil ola bilib.

S. Vəliyeva bu il 5 yaşlı uşaqlar üçün də təhsilə hazırlıq kurslarını təşkil edəcəklərini söyləyib. Onun sözlərinə görə, bu kurslarda uşaqlar ətraf mühitlə tanış ediləcək, onlara məntiq və digər biliklər öyrədiləcək. Bununla yanaşı, valideynlərlə onlayn görüş də keçiriləcək. Bunun hesabına valideynlər öz rəy və təkliflərini mərkəzin rəhbərliyinə çatdıra biləcəklər.

Tədbirdə çıxış edən Təhsil Problemləri İnstitutunun direktor müavini Yəhya Kərimov “Kaspi” Təhsil Mərkəzinin fəaliyyətinin əhəmiyyətini qeyd edib. Y. Kərimov bu il mərkəzin abituriyentlərinin 93 faizinin ali məktəbə daxil ola bilməsini də yüksək göstərici sayıb.

Tədbir daha sonra bədii hissə ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR