Bank Of Baku

“İrəli” təşkilatı BMT-nin Bakı ofisi ilə birlikdə tədbir keçirib

“İrəli” təşkilatı BMT-nin Bakı ofisi ilə birlikdə tədbir keçirib
# 18 sentyabr 2010 14:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi (UN DPİ) “İrəli” İctimai Birliyi ilə birgə “Ayağa Qalx - Hərəkət Et” (Stand Up - Take Action) şüarı altında davam edən Minilliyin İnkişaf Məqsədləri (MİM) naminə qlobal kampaniya çərçivəsində tədbir keçirib.

APA-nın məlumatına görə, BMT-nin Azərbaycandakı Nümayəndəliyi qarşısında başlayan aksiyada Bakıda yerləşən müxtəlif ali təhsil müəssisələrini təmsil edən 150-dən çox tələbə iştirak edib. Əvvəlcə aksiya iştirakçıları ilə BMT-nin Bakı ofisində görüş keçirilib. Sonra aksiya iştirakçıları hər kəsi dünyada yoxsulluğun aradan qaldırılması üçün MİM-lərin həyata keçirilməsi naminə hərəkət etməyə səsləyib.

Tədbirin sonunda gənclər MİM-lər barəsində məlumat vərəqələrini şəhərin müxtəlif yerlərində paylayıblar.

Qeyd edək ki, “Ayağa qalx” kampaniyası 2002-ci ilin oktyabrından keçirilməyə başlanıb. Kampaniyanın məqsədi MİM-lərə nail olmaq üçün görülən işlərə qlobal dəstəyin göstərilməsidir. 2006-ci ilin okrtyabrın 15-16-da dünyanın 80-dən çox ölkəsində həyata keçirilən kampaniyada 23 542 614 insanın eyni zamanda ayağa qalxması ilə yeni dünya rekordu qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR